Araşdırmamızın nəticəsi







    Bu mövzunu araşdırmaqla biz canlı aləmə səyahət etdik.Bizimlə bərabər yaşayan digər canlıların əsasən də quşların bu qədər fərqli olduqlarını ,özünəməxsus xüsusiyyətlərin ,gözəllikləri olduqlarını, bizim kimi onların da öz qayda-qanunları olduqlarını öyrəndik .Hətta
həyətlərimizdə ,evlərimizdə saxladıqlarımız  gözəl varlıqları  bu qədər diqqətlə seyr etməmişdik.
     Həm də biz bu tapşırığı yerinə yetirərkən çox mütaliə etdik, şəkillər çəkdik maketlər yuvalar hazırladıq,müəlliməmizlə bu barədə tez-tez maraqlı söhbətlər etdik.
     Inanıram ki, mən və mənim sinif yoldaşlarım yəni, 2a sinfi bundan sonra quşlara fərqli yanaşacağıq .Onlara qayğı göstərəcək, heç vaxt onları incitməyəcək, onları qoruyacağıq.
     Biz öyrəndik ki, bizi yaradan Allah hər şeyi bir-biri ilə əlaqəli yaradıb.Yer kürəmizdə bizim bir hissəmiz olan quşlar olmasaydı meşələr də olmazdı, meşələrsiz digər canlılar və onlarsız da biz insanlar olmazdıq.
    Həyat cox maraqlı və gözəldir


     

Комментариев нет:

Отправить комментарий